Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün dəfn edilib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik-leytenant doğulduğu Ağdaş rayonunun Abad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak edib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü A. Əliyev həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.



                 

Xəbər lenti