Aktyor və məşhur stand-up ustası Aleksandr Şalyapin intihar edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun xəsədi bu gecə Moskvadakı evində tapılıb. TNT-də yayımlanan "Stand Up Show"nun aparıcısı özünü öldürüb.

Onun arvadı Anastasiya açıqlamasında bildirib ki, Şalyapin bir neçə müddət əvvəl spirtli içki aludəçiliyinə görə müalicə almağa başlayıb. Belqorodda xəstəxanada yatan şoumen bir neçə gün əvvəl Moskvaya qayıdıb. Bağ evinə gələn Anastasiya ətrafda qan izləri görüb. Yaxınlarına zəng edən qadın qohumları ilə birlikdə Aleksandrın cəsədini tapıb.

Anastasiya deyib ki, son 20 ildir əri spirtli içkidən əziyyət çəkir. Onun eyni zamanda psixoloji problemləri olub.



                 

Xəbər lenti