Cənubi koreyalı repçi Ceonq Heon-çeol evində ölü tapılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin Seulda yerləşən mənzilində yataqda uzandığı, qanaxmadan öldüyü bildirilib.
"Iron" ləqəbi ilə məşhurlaşan repçi 2016-cı ildə narkotik istifadə etdiyi üçün məhkəməyə çıxarılmış, 40 saat müalicə və pul cəzası verilib.