Axşam.az xəbər verir ki, "Us Weekly" nəşrinin yaydığı məlumata görə, cütlük bu yaxınlarda boşanma müqaviləsi ilə bağlı razılığa gəlib və yanvarın 15-də ayrılmaq üçün sənədlərini məhkəməyə göndərib.
Bu müddət ərzində isə onlar əmlakın bölüşdürülməsi, borcların ödənilməsi, eləcə də 8 yaşlı övladları Ancelonun üzərində qəyyumluq məsələsini həll ediblər.
Qeyd edək ki, Adel və Saymon Konekki 2020-ci ilin martında boşanma iddiasının detalları ilə bağlı məxfilik sazişi imzalayıblar. Onlar 2011-ci ildə tanış olub, 2017-ci ildə isə evləniblər.