Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 6 nəfər çıxarılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə hadisə yerində olan Abşeronun icra başçısı İradə Gülməmmədova bildirib.

Hadisə yerindəki avtomobillərdən biri də dağıntılar altında qalaraq yarasız hala düşüb.

*** 

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.



                 

Xəbər lenti