Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində ciddi problem var.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində gitara ifaçısından danışıb. O bildirib ki, Rəmişin xanımı Gülü maddi sıxıntı çəkdiyini deyib:

"Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir. Vəzifəli şəxsin qohumu gəlib, müəyyən köməklik edib. Amma bütün müalicəsini boynuna götürməyib. Gülü xanım deyir ki, vəziyyət pisdir, çatdırmıram. İynələr alınmalıdır. Ətrafda xəbər dolaşır ki, guya maddi yardım edilir. Onu görən başqaları da kömək etmir. Pis vəziyyətdədilər. Çatdıra bilmirlər".

Qeyd edək ki, həkim musiqiçiyə qaraciyər transplantasiyası ediləcəyini deyib.



                 

Xəbər lenti