Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı

Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı
375 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 134 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 103 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 8 108 nəfər sağalıb, ağır xəstə sayı isə 1 791 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 442 350 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 322 511 nəfər sağalıb, 25 344 nəfər isə ölüb.