“WhatsApp” 30 milyon abunəçisini itirdi

“WhatsApp” 30 milyon abunəçisini itirdi
1874 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən məşhur mesajlaşma tətbiqi “WhatsApp” yeni gizlilik prinsiplərini elan etdikdən sonra son üç həftə ərzində 30 milyon abunəçisini itirib.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilib ki, abunəçilərin 25 milyonu "Telegram", qalanları isə "Siqnal" mesencerlərinə üstünlük veriblər.

Qeyd edək ki, “WhatsApp” fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı. Şirkətdən verilən son məlumatlara əsasən, yeni tətbiqin tarixi mayın 15-nə dəyişdirilib.