Peyvəndin ikinci dozasını alan 20 nəfər koronavirusa yoluxdu

Peyvəndin ikinci dozasını alan 20 nəfər koronavirusa yoluxdu
2270 dəfə oxunub
  • A-
  • A
  • A+

İsraildə "Pfizer/BioNTech" peyvəndinin ikinci dozası vurulan 20 nəfər koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə İsraildəki Maccabi Səhiyyə Xidməti məlumat yayıb.

Bildirilib ki, peyvəndinin ikinci dozasını alan 128 min 600 nəfərdən cəmi 20-də infeksiyaya yoluxma qeydə alınıb. Yoluxma halları peyvəndin ikinci dozası vurulandan bir həftə sonra qeydə alınıb.

Vaksinasiyadan sonra virusa yoluxan şəxslər xəstəliyi yüngül keçiriblər. Onların heç birində hərarət 38,5 dərəcədən yüksək olmayıb və onlar xəstəxanaya yerləşdirilməyiblər.