Uşaqlarda enerjiyə ehtiyac daha çox olduğundan həzm prossesi 3 saata qədər qısalır. Xüsusilə aktiv və oyun sevən uşaqlar daha tez acırlar. Belə olan halda, uşağa yemək əvəzinə qəlyanaltı verərək lazımi enerjisini təmin edə bilərsiniz. Sağlamlığa faydalı qəlyanaltılar, şəkərə asanlıqla çevrilməyən, zülal, yağ, o cümlədən karbohidratları özündə birləşdirən qidalardır.

Axşam.az xarici mətbuata istinadən, azyaşlıların sağlamlığına müsbət təsir edən qəlyanaltıları təqdim edir:

1.Uşaqlara verilən qəlyanaltının yanında mütləq qoz-fındıq və ya badam olmalıdır.

2.Daha çox mövsümü meyvələrə üstünlük verilməlidir.

3.Bəzən qəlyanaltıların yanında 1-2 ədəd ərik və ya əncir qurusu qəbul edilməlidir.

4.Uşaqlara təqdim olunan qəlyanaltıların yanında yerkökü, xiyar və pendir də olması tövsiyyə edilir.



                 

Xəbər lenti