Sevilin intiharı ilə bağlı cinayət işi başlandı

Sevilin intiharı ilə bağlı cinayət işi başlandı
1728 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Axşam.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.