“Xatirə haqlıdır, amma…”

“Xatirə haqlıdır, amma…”
1771 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı həmkarı Xatirə İslamın verilişlərə çıxmaq üçün telekanallardan qonorar istəməsi barədə qərarına münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında danışıb. O bildirib ki, Xatirənin sözündə haqq var:

"Mən qonorar istəmirəm. Çünki bilirəm ki, olmayacaq. Azərbaycanda 100 kanal olsaydı və müğənnilər birlik göstərsəydi, bu, mümkün idi. Hansısa müğənni deyəcək ki, Xatirə verilişə çıxmır, nə yaxşı, qoy mən gəlim. Rəqabət olan yerdə birlik olmur. Aparıcılara hörmətim var, onlarla mübahisə etmək istəmirəm. Xatirənin sözündə haqq var. Xatirə telekanaldan, aparıcıdan yox, verilişin sponsorlarından pul istəyir. Bir proqramın dörd-beş sponsoru olur. Amma indi telekanalda işləyənlərin çoxu neçə aydır maaş almır. Ona görə Xatirəyə də pul verməyəcəklər".