Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu - Video

Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu - Video
388 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Axşam.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub.

“Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Çox təsirlidir. Filmin nümayişində yerli və xarici media nümayəndələri, Ukrayna Radasının deputatları, siyasətçilər, Azərbaycan diasporunun ziyalıları, müsəlman icmalarının şeyxləri, rəhbərləri, digər dini təşkilatların nümayəndələri iştirak ediblər”, - deyə Krapivin qeyd edib.