Xəstəxanaya yerləşdirilən Eldar Quliyevdən xəbər var

Xəstəxanaya yerləşdirilən Eldar Quliyevdən xəbər var
1442 dəfə oxunub
  • A-
  • A
  • A+

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir:

"Demək olar, sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Xalq artisti yanvarın 23-də Prezident İlham Əliyevin sərəncamıyla "İstiqlal" ordeni ilə təltif olunub.