Türkiyədə yoluxanların sayı artdı

Türkiyədə yoluxanların sayı artdı
422 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 75 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 107 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 5 546 nəfər sağalıb, ağır xəstə sayı isə 1 185 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 655 633 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 534 996 nəfər sağalıb, 28 213 nəfər isə ölüb.