"Efir sizi məşhurlaşdırır, sevdirir" - Xatirəyə söz atdı

"Efir sizi məşhurlaşdırır, sevdirir" - Xatirəyə söz atdı
1497 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Zaur Kamal müğənni Xatirə İslama söz atıb.

Axşam.az xəbər verir ki, Zaur ATV-də çıxdığı "7 Canlı" proqramında qonaq olan Manaf Ağayev və Aqşin Taryeloğlunun cibinə pul qoyub.

Aparıcı "Artıq olmalıdır. Müğənnilər istəyirlər. Qədərini deməyin. Gələn müğənnilərə Zaur Kamal pul verəcək. Xatirə xanım istəmişdi. Biz sizi məşhur edirik, yuxarı qaldırırıq, tamaşaçıya sevdiririk" sözlərini deyib.

Manafın "Belə olsa nə var ki... Buradan onlara pay düşür. Deyirəm axı, əvəzimdən oxuyursan" sözlərinə Zaur "Efir olmasa, siz məşhurlaşa bilməzsiniz" cavabını verib.

Müğənni isə "Düzdür... Amma insanın gərək qanında da ola" deyə, əlavə edib.