"İntihar, zorakılığın yayımlanmasına qadağa qoyulsun"

"İntihar, zorakılığın yayımlanmasına qadağa qoyulsun"
801 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aidiyyatı qurumlardan xahiş edirəm, sosial şəbəkələrdə, telekanallarda intihar və zorakılıq xəbərlərinin yayımlanmasına qadağa qoyulsun".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa intikar xəbərlərinin insanlara mənfi təsir etdiyini bildirib:

"Bu, insanların psixologiyasına mənfi təsir göstərir. Təhsili, elmi, əsl incəsənəti təbliğ edin. Savadlı gəncləri nümunə olaraq təbliğ edin. Sivil cəmiyyət qurmalıyıq, psixoloji problemi olan cəmiyyət yox".