Azərbaycan vətəndaşları Gürcüstana bu şərtlə gedə bilər

Azərbaycan vətəndaşları Gürcüstana bu şərtlə gedə bilər
1704 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarus vətəndaşları martın 1-dən etibarən neqativ koronavirus test nəticəsini təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.

Axşam.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.

Həmçinin Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını da qeyd edib.

Bununla yanaşı ölkədə 28 noyabr 2020-ci il tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır.

Qeyd edək ki, Gürcüstanda beynəlxalq aviareyslərin fevralın 1-dən etibarən bərpa olunmasına baxmayaraq Azərbaycan daxil olmaqla bir sıra ölkələrin vətəndaşları yalnız tam vaksinasiyadan keçdiklərinə dair arayış təqdim edərək ölkəyə daxil ola bilərdilər.