İlhamə Quliyevanın ölümündən 5 il ötür

İlhamə Quliyevanın ölümündən 5 il ötür
751 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xalq artisti İlhamə Quliyevanın ölümündən 5 il ötür.

Axşam.az xəbər verir ki, mərhum müğənni 2016-cı ildə tromboemboliyadan vəfat edib.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir.

Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

 

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı hətta həyat yoldaşının soyadını - Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Orxan Nadirov adlı bir oğul övladı var. Əslində Orxan Nadirov İlhamə Quliyevanın doğma oğlu deyil, o İlhamə xanımın xalası nəvəsidir.

İlhamə Quliyevanın 2016-cı il fevralın 25-də səhər saatlarında vəziyyəti qəfildən pisləşib. Müğənninin evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmiş olub. Fevralın 26-da İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.