Sabah bu küçələr bağlı olacaq

Sabah bu küçələr bağlı olacaq
1218 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Xocalı soyqırımının anım mərasimi ilə bağlı “Ana fəryadı” abidəsi ətrafında bir neçə küçə və prospektdə hərəkət dayandırılacaq.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, vətəndaşların ziyarətinin fasiləsiz və rahat təşkil edilməsi üçün Xocalı prospektinə paralel və kəsişən bütün küçə və prospektlər bağlanacaq:

“Yusif Səfərov küçəsi ilə kəsişmədən Nəcəfqulu Rəfiyev küçəsinədək, Nobel prospekti və 10-cu Zavod dairəsindən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Ziyarətçilər Nəcəfqulu Rəfiyev küçəsindən başlayaraq Xocalı prospekti ilə abidənin önü istiqamətində hərəkət edəcəklər. Abidənin yanından keçərək Natiq Əliyev küçəsindən çıxış nəzərdə tutulub.

Ziyarətə qatılmaq istəyən vətəndaşlara həmin istiqamətdə avtomobillərin hərəkətinin və bu əraziyə yaxın məsafələrdə avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq bu istiqamətdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edirik.

Vətəndaşlar 5 nəfərlik qruplarla sosial məsafə saxlamaqla hərəkət edəcəklər”.