Boşanan qadın ev işlərinə görə təzminat aldı

Boşanan qadın ev işlərinə görə təzminat aldı
1269 dəfə oxunub
  • A-
  • A
  • A+
Pekində ər-arvadın boşanması prosesi zamanı maraqlı hadisə yaşanıb.

Axşam.az xəbər verir ki, Çen adlı kişi ötən il xanımı Vanqdan boşanmaq üçün məhkəməyə müraciət edib. Başlanğıcda ayrılmaq istəməyən Vanq daha sonra fikrindən dönərək həyat yoldaşının ona uşaqlara baxmaqda və ev işlərində kömək etmədiyi üçün kompensasiya tələb edib.

Hakim Vanqın tələbini qəbul edib və qadının 5 il ev işləri gördüyü üçün 2 ay müddətində 55 min TL (təxminən 13 min manat) təzminat almasına qərar verib.