Hər gün bir ovuc qabıqlı fıstıq yeyin

Hər gün bir ovuc qabıqlı fıstıq yeyin
2433 dəfə oxunub
  • A-
  • A
  • A+

Yer fıstığının tərkibində qoz və badamdakı qədər kalori olsa da, daha çox proteinə malikdir. Lif və yağ mənbəyi olan fıstıqda 30-dan çox vacib vitamin və minerallar var. Ondakı yağlar ürək üçün faydalı olan sağlam mono və doymamış yağlardır ki, bu da LDL xolesterolunun azalmasına kömək edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Harvard Universitetində aparılan araşdırmalar zamanı həftədə 2 dəfə və ya daha çox  fıstıq yeyən insanların ürək-damar xəstəlikləri riski, yeməyənlərlə müqayisədə yüzdə 13 faiz az olduğu müəyyən olunub.

“European Journal of Nutrition” jurnalında yer alan başqa bir araşdırmaya əsasən, fıstıq da daxil olmaqla, qoz-fındıq yeyənlərin daha az çəki yığdıqları və artıq çəki, piylənmə riskinin, yeməyənlərə nisbətən yüzdə 5 faiz daha aşağıdır.

Fıstığı yeyərkən üzərindəki qırmızı qabığı atırıq. Lakin mütəxəssislər onu elə qabıqlı yeməyi tövsiyyə edirlər. Çünki faydalı antioksidanlar və fitokimyəvi maddələr ən çox yer fıstığının kağız kimi nazik dərisində cəmlənib. Bu səbəbdən onu qabıqlı yemək sağlamlıq üçün daha faydalıdır. Lakin yeyərkən hər zaman qovrulan yer fıstığına üstünlük verin.

2 xörək qaşığı fıstıq yağı gündəlik maqnezium ehtiyacının yüzdə 14 faizini qarşılayır və bu da sümük toxumaları üçün əhəmiyyətlidir. Bununla yanaşı şəkərli diabet və insult riskini də azaldır.

Mütəxəssislər hər gün 1 ovuc fıstıq və ya 1 xörək qaşığı fıstıq yağı yeməyin sağlamlıq üçün faydalı olduğunu bildirirlər.