Estoniyadan bu məhsulların idxalı qadağan edildi

Estoniyadan bu məhsulların idxalı qadağan edildi
374 dəfə oxunub
  • A-
  • A
  • A+

Estoniyanın Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Estoniyanın Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.