Yevlaxda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və şəxs hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.



                 

Xəbər lenti