Məşhur müğənniyə qaraciyər köçürüləcək

Məşhur müğənniyə qaraciyər köçürüləcək
1617 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəstəxanada müalicə alan musiqiçi Hakan Taşıyanın səhhəti pisləşib.

Axşam.az xəbər verir ki, müğənniyə təcili qaraciyər köçürülməlidir.

47 yaşlı Taşıyanın rəsmi İnstaqram səhifəsində yaxınları status yazaraq, onun üçün dua edilməsini istəyib. 4 aydır davam edən müalicəsi təsir etməyən sənətçi hazırda reanimasiyadadır.

Həkimlər musiqiçi üçün donor axtarmağa başlayıb. Hazırda Hakanın bədənindən tez-tez su çəkilir.