"Ərin səni Songül Karlı ilə aldadır"

"Ərin səni Songül Karlı ilə aldadır"
2339 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Songül Karlı haqqında ortaya atılan iddia qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, ifaçı ilə evliliyi 2017-ci ildə bitən Metin Yüncün keçmiş arvadı Mediha Ersoy qatıldığı proqramda etiraflar edib. Ersoy Songülü "evyıxan" qadın adlandırıb:

"Ailə dostumuz idi. Oturub söhbət edəndə belə ərimə fərqli baxdığını görürdüm. Bir gün mənə mesaj gəldi ki, ərin səni Songül Karlı ilə aldadır. Yaraşdırmadım. Biz ailəli olduğumuz ərəfədə gizli münasibət qurublar. İnanmadım, amma araşdırdım. Mesajı yazan da onun qardaşı imiş. Düşünürəm ki, mesajı Songül özü qardaşının telefonundan yazıb. Songül Karlı Metinin 5-6 ay arxasınca düşüb. Görüb ki, üz vermir, yenə dincəlməyib. Dəfələrlə onun olduğu proqramlara gəlmək istədim, amma övladıma görə etmədim".

Songül Karlı Medihanın iddialarına sosial şəbəkədə cavab verib. O, iddiaların əsassız olduğunu və Metin Yüncü ilə Mediha Gülcan Ersoya qarşı qoruma qərarı çıxartdırdığını bildirib.