Bülent Ersoyun 450 minlik xəzi tənqid edildi - Foto

Bülent Ersoyun 450 minlik xəzi tənqid edildi - Foto
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Bülent Ersoy ünvanına səslənən ittihamlara baxmayaraq, yenə də özünə təbii hevyan dərisindən hazırlanan kürk alıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, sənətçi 4 ay əvvəl sifariş etdirdiyi tülkü dərisindən hazırlanan geyimi ilə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub.

Xüsusilə Bülent üçün hazırlanan üst geyimində, 55 tülkünün xəzindən istifadə edilib. İfaçı kürkünə 450 min lirə (103 min 410 manat ) ödəyib. Onun geyimi sosial şəbəkələrdə sərt tənqid atəşinə tutulub.

Sosial media istifadəçiləri  “O qədər heyvana yazıqları gəlmir, dərilərini soyurlar?” “Çox təəccübləndim. Bu canlılara necə qəsd edə bilirlər axı?” kimi sözlər yazaraq, Bülenti tənqid ediblər.