Məşhur cütlük bu səbəbdən sarayı tərk edib

Məşhur cütlük bu səbəbdən sarayı tərk edib
1832 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Harri və Meqan Markl cütlüyü istənilən halda, saraya qayıtmayacaqlarını açıqlayıblar.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, rəsmi ayrılıqdan sonra Harri belə qərar qəbul etməyinin səbəbini açıqlayıb:

“Saray mühitində yaşamaq kənardan asan görünsə də çox çətindir. Hər birimiz Böyük Britaniya mətbuatının kral ailəsi üzvlərinə necə təzyiq göstərdiyini bilirik. Yaranan vəziyyət zehni sağlamlığımda problemlər yaratdı. Buna görə mən də hər bir ərin və atanın edəcəyini etdim.  Ailəmi qorumaq mənim vəzifəmdir. Onları da götürüb sarayı tərk etdim”.

Harrinin Böyük Britaniya mətbuatına qarşı kini, Meqanın atasına yazdığı məktub ifşa edildikdən sonra daha da artıb. O, həmin mətbuat orqanına açdığı davanı qazanarkən verdiyi açıqlaması zamanı “Anamı itirdim, amma həyat yoldaşımı itirməyəcəm”- deyə, qeyd edib.