Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu

Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu
11377 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.