"Kürk geyinirsinizsə, vicdan probleminiz var"

"Kürk geyinirsinizsə, vicdan probleminiz var"
1035 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Burçin Terzioğlu kürk geyinənlərə sərt reaksiya verib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə instaqramın hekayə bölməsində paylaşım edib:

"Siz də kürk geyinir və ya istifadə edənlərə yaxşı baxa bilərsiniz. Amma böyük ehtimal bu sahədəki vəhşilikdən xəbəriniz yoxdur. Bir kürk gödəkçə üçün ən azı 50-60 heyvanın öldürüldüyünü, qəfəslərdə ac qaldığını bilmirsiniz. Bunları bilərək hələ də kürk geyinirsinizsə, vicdan probleminiz var".