Neslihandan səhhəti ilə bağlı açıqlama

Neslihandan səhhəti ilə bağlı açıqlama
4868 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhhətində problemlər yarandığı üçün bir müddət əvvəl "Sefirin kızı" serialından ayrılan aktrisa Neslihan Atagül kameralara tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, aktrisa Zekeriyaköydə apteklərdən birindən çıxarkən görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Neslihan səhhəti ilə bağlı açıqlama verib:

“Artıq daha yaxşıyam. Sağalıram. Məni yormayan işlər görməyə çalışıram. Yanımda olub dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, aktrisa bağırsaq sindromundan əziyyət çəkir.