"Azərişıq”dan smart kart ödənişi ilə bağlı yayılan iddialara - Reaksiya

"Azərişıq”dan smart kart ödənişi ilə bağlı yayılan iddialara - Reaksiya
972 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Axşam.az-a daxil olan məlumatda bildirilib ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir.

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər", - deyə “Azərişıq”dan bildirilib.