Məşhur aktyor “Eşkiya dünyaya hükümdar olmaz”da

Məşhur aktyor “Eşkiya dünyaya hükümdar olmaz”da
3170 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il beyninə qan sızaraq xəstəxanaya yerləşdirilən aktyor Ali Sürmeli, yenidən “Eşkiya dünyaya hükümdar olmaz”ın çəkiliş meydanına qayıdıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, həmkarı Oktay Kaynarca Ali ilə foto çəkdirərək İnstaqram hesabında paylaşıb.

O, 30 illik dostunu yenidən çəkiliş meydanında gördüyü üçün çox xoşbəxt olduğunu bildirib:

“Ali çox şükr yaxşıdır. Artıq səhhətində olan problemlərdən əsər-əlamət qalmayıb. Bütün enerjisi və müsbət aurası ilə yenidən aramızdadır. Onunla eyni layihədə çəkilmək mənim üçün qürurvericidir”.