Bunlar vaksinin təsirini azaldır

Bunlar vaksinin təsirini azaldır
1473 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda bir çox dünya ölkələrində 60 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir. Bu yaş kateqoriyasında olan insanlar daha çox dərman qəbul etdiyindən, alimlər həmin dərmanların peyvəndə mənfi  yaxud da müsbət təsiri haqqında araşdırmalar aparıblar.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlar göstərib ki, gündəlik həyatda qəbul edilən ağrıkəsicilər peyvəndin təsirini azaldır.

Elm adamlarının sözlərinə görə, bəzi ağrıkəsicilər beyin mərkəzinə bir başa təsir edir. Ağrıya səbəb olan iltihabın qarşısını alır.

Bəziləri isə immunitet sisteminin bədəndə möhkəmlənməsinə mane olur. Bununla da orqanizmdə immun sistemi zəifləyir və vurulan peyvəndin təsiri azalır.