Murad Bozdan örnək davranış

Murad Bozdan örnək davranış
1395 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Murad Boz sosial media hesabında etdiyi paylaşımı ilə izləyicilərindən yardım istəyib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, martın 7-də 41 yaşını qeyd edəcək Murad fanatlarından ad gününə hədiyyəsi yerinə TEMA müəssisəsinə (Türkiyə ağacları və təbii sərvətləri qoruma müəssisəsi) kiçik ağac fidanları bağışlamalarını istəyib.

O,bununla bağlı paylaşımında yazıb:
“Ad günümdə TEMA müəssisəsinə bağışlayacağınız hər bir ağac fidanı mənə ən gözəl hədiyyə olacaq”.