Aktrisa reanimasiyaya yerləşdirildi

Aktrisa reanimasiyaya yerləşdirildi
4142 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bir zamanlar Çukurova" serialının aktrisası Selin Yeninci bir müddət əvvəl koronavirusa yoluxub.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, evdə müalicə alan aktrisanın halı qəfildən pisləşib. Yaxınlarının köməyi ilə xəstəxanaya aparılan Selin reanimasiyaya yerləşdirilib.

Həkimlər aktrisanın səhhətinin ağır olduğunu və müalicəsinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, Yeninci Covid-19-a "Bir zamanlar Çukurova" serialının çəkiliş meydanında yoluxub.