Məşhurlar 8 Martda nə qədər qazanacaqlar?

Məşhurlar 8 Martda nə qədər qazanacaqlar?
2946 dəfə oxunub
  • A-
  • A
  • A+

8 Mart - Beynəlxalq Qadınlar Günündə bir çox sənətçilərimiz müxtəlif məkanlarda çıxış edəcəklər.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı "MTV Azərbaycan"ın əməkdaşları məşhurlar arasında sorğu keçirərək həmin gün qazanacaqları qonorarı öyrəniblər.

Xalq artisti Aygün Kazımova 1 saatlıq çıxış üçün 15 min manat məvacib alacaq.

Xalq artisti Miri Yusif isə bir restoranda çıxış edəcək və külli miqdarda qonorar alacaq.

20-dən çox restorandan təklif alan müğənni Səidə Sultan 5 məkanla razılaşıb. O, yarımsaatlıq çıxışa görə 2 min manat qazanacaq.

Nura Suri müxtəlif məkanlarla razılaşsa da, daha sonra onları təxirə salıb.

Niyam Salami isə öz restoranında çıxış edəcək. O, bunun üçün avtomobilini də satışa çıxarıb.