Bu yaxınlarda "Survivor 2021" yarışmasında mübahisə edən aktyor Çağrı Atakanın müsabiqədən uzaqlaşdırılacağı iddia olunmuşdu.

Axşam.az xəbər verir ki, bu günlərdə "Məşhurlar" komandasının üzvü olan aktyorun daha əvvəl məhkum olduğu üzə çıxıb.

Keçmişdə model Eda Taşpınarla sevgili olan Çağrının ona şiddət göstərdiyi məlum olub. Məhkəməyə müraciət edən Taşpınar aktyorun 5 illik həbsini tələb edib. Çağrı Atakanın isə daha sonra modelə zəng vuraraq təhqir etdiyi bildirilib.

Qeyd edək ki, Çağrı Atakan "Çukur"dakı Remzi obrazı ilə tanınıb.



                 

Xəbər lenti