Agentlikdən müzakirələrə səbəb olan reklamla bağlı - Açıqlama

Agentlikdən müzakirələrə səbəb olan reklamla bağlı - Açıqlama
1689 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağ Şəhər ərazisində olduğu iddia edilən “Yalnız ağ adamlar üçün” yazısı olan reklam lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi sözügedən reklam lövhəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan qeyd olunub ki, həmin fotoşəkil montaj edilib.

“Hazırda həmin ərazidə elə bir reklam lövhəsi yoxdur”, - deyə agentlikdən bildirilib.