Mənzurə heç bir qohumunu evinə buraxmır

Mənzurə heç bir qohumunu evinə buraxmır
2617 dəfə oxunub
  • A-
  • A
  • A+
"Evdəkilərə salam" verilişi müğənni Mənzurə Musayevanın evində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi pandemiyaya görə evinə heç bir qohumunun gəlməsinə icazə vermədiyini deyib:

"Bir ildir anamı qoruyuram, evdən küçəyə çıxmayıb. Kim bizi istəyirsə, görüntülü danışırıq. Bilirəm ki, hamısının uşaqlarının anama ehtiyacı var. Amma getmək və gəlmək olmaz. Yalnız telefonla danışıb, əhval tutmaq olar.

Anamı yığdırmışam: ayaqlarını düzəltdirmişəm, ürəyi aparatdır. İstəyirəm evdə olsun, nəfəsi gəlsin".