Xalq artisti Tünzalə Ağayeva formada qalma sirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib.

"Düzgün qidalanmaq, axşam saat 6-dan sonra yeməmək lazımdır. Ağzını bağlayacaqsan. Suyun, çayın olsun. Ot çayları varsa, 1 stəkan iç və bəsdir. Qaynar suyu limonla içməlisən. Çay əvəzi suya zəncəfil atıram. Qadın 25-30 yaşına kimi bir formada olur. 40 yaş və ondan sonrakı dönəmdə orqanizm tamam başqadır. Çox diqqətli olmaq lazımdır. Səliqəli, hərəkətli olmalısan.

İdmanı sevin. 1 ildir pandemiyadır və idman yerləri bağlıdır. Amma mən 1 dəqiqə də olsa idmandan əl çəkməmişəm. Bədən hərəkətli olmalıdır, enerjini sərf etməlisən. Yeyirik və o enerji qalır içimizdə, vaxtında yatmaq lazımdır. Bu mənim ən böyük əskikliyimdir. Tez yatmıram.

Çirkin qadın yoxdur, tənbəl, baxımsız qadın var. Baxım pula baxmır. Evdə limon və ya hansısa tərəvəzi yeyib qabığını üzüm üçün istifadə edə bilərəm. Onu etməyə həvəs lazımdır. Gözəl görünməyin sirri həvəsdədir".

Ağayeva heç vaxt plastik əməmliyyat etdirmədiyini söyləyib:

"Hələ nə bədənimdə, nə üzümdə buna ehtiyac var. Hazırki görünüşümün səbəbi düzgün qidalanmağım və idmandır. Heç bir plastik əməmliyyat etdirməmişəm. Bəlkə, 80 yaşımda edərəm".



                 

Xəbər lenti