Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
359 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 65 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 520 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 7 191 nəfər sağalıb, ağır xəstə sayı isə 1 224 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 734 836 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 593 264 nəfər sağalıb, 28 771 nəfər isə ölüb.