Həyatınızın ən önəmli qadınları üçün mükəmməl - 8 Mart hədiyyə ideyaları

Həyatınızın ən önəmli qadınları üçün mükəmməl - 8 Mart hədiyyə ideyaları
1106 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kişinin həyatındakı ən önəmli qadınlar: ana, bacı, sevgili və qız övladı... Onları nə qədər sevdiyinizi təxmin edirik. Bəs nə qədər tanıyırsınız və “8 mart” ərəfəsində hər birinə ən uyğun hədiyyəni tapmısınızmı? Əgər hələ də axtarışdasınızsa, sizin üçün Kontakt Home-da birlikdə qarlı havalardan sonra sevdiyiniz xanımların qəlblərini isidə biləcək hədiyyə ideyaları hazırlamışıq. Bəyənməmək ehtimalları sıfıra yaxındır. Odur ki, başlayaq:

ANA ÜÇÜN ƏN YAXŞI HƏDİYYƏ SEÇİMLƏRİ

Doğulduğumuz andan etibarən qayğısını əskik etməyən analar ən çox bu 3 şeyi övladları üçün qurban verir: əllərini, tellərini və qızıldan dəyərli zamanını... Zamanı geri qaytara bilmərik, amma onun qayğısına qalmaq növbəsi indi bizdədir.

Analar dəyərli vaxtının böyük hissəsini mətbəxdə keçirir. Gəlin o zaman oradan başlayaq. O hələ də qabları əlləri ilə yuyur? qabyuyan hədiyyə edin. Bu hədiyyə ilə siz həm ananızın əl dərisinin təravətli qalmasına, həm qab yumağa sərf etdiyi zamanı hobbilərinə həsr etməsinə şərait yaradacaqsınız. Yəqin ki hədiyyəni alanda “Ay bala, nə ehtiyac vardı ki?” deyəcək. Amma əmin olun ki, bu jestiniz onun isti qəlbini bir az da əridəcək.

Xırda-xırda işləri görməyə çox zaman və güc sərf eləyir? Ona Braun əl blenderi  hədiyyə edin. 3 işi 1-ində görən bu mətbəx aləti həm doğrayır, həm qarışdırır, həm də əzir. Bu hədiyyə ilə onu mətbəxdəki qayğılarından azad edəcəksiniz.

İndi isə tellərinin qayğısına qalmaq zamanıdır. Qoy analarımızın bizim yolumuzda ağartdıqları saçları hər zaman sağlam, hamar, ipək kimi yumşaq olsun. Philips brendinin bu multistayleri ona saçlarını qısa zamanda, zədələmədən, istədiyi şəklə salmağa kömək edəcək. Gözəl görünmək ən çox onun haqqıdır!

BACI ÜÇÜN ƏN YAXŞI HƏDİYYƏ SEÇİMLƏRİ

Valideynlər bizə həyat verir, bəsləyir və bizə sevgi aşılayır. Ancaq verə biləcəkləri ən yaxşı hədiyyə bacıdır. Doğma bacınız yoxdursa, mütləq ki, bacı kimi sevdiyiniz rəfiqəniz vardır. Sirlərinizi etibar etdiyiniz, sevincli və kədərli anlarınızı bölüşdüyünüz bu xanımı bayramda təbrik etməyi unutmayın.

Bütün xanımlar yazın gəlişi ilə ən isti fəslə hazırlaşmağa başlayırlar. Lakin qapanmalar nəticəsində fəaliyyət göstərməyən fitnes zalları buna bir qədər maneələr yaradır. Bu halda, bacınıza şəxsi fitnes məşqçisi hədiyyə edə bilərsiniz. Yox, idman müəllimini evə gətirməyə ehtiyac yoxdur. Bəs necə? Huawei Watch Fit vasitəsilə onun şəxsi virtual məşqçisi hər zaman biləyində olacaq. Bu cihaz ona idman vaxtını xatırladacaq və bacınız yalnız saatın xüsusi tətbiqini işə salaraq ordakı hərəkətləri təkrarlayacaq.

Gəlin, son zamanlar ən ehtiyac duyduğumuz, sağlam həyat mövzsunu davam edək. Sağlam həyat üçün idmanla yanaşı, sağlam qidalanmaq da lazımıdır. Xüsusən qarşıdan gələn bol şirniyatlı Novruz Bayramından sonra ritmə düşmək çətin olur.

Bu prosesi asanlaşdırmaq üçün bacınıza fitnes blender hədiyyə edə bilərsiniz. Bu blenderlə o, qidalanmasına daha yaxşı fikir verə biləcək. Belə ki, o səhər smuzilər ilə günə xoş əhvalla başlayacaq, günorta müxtəlif pürelər ilə davam edəcək, axşamlar isə südlü kokteyllər ilə özünü yuxuya hazırlayacaq.

Sağlam qidalanan insanların saçları və dırnaqları da gözəl olur. Lakin bacınız dırnaqlarına xüsusi qayğı göstərməyi sevirsə ona manikur və pedikur dəsti hədiyyə edə bilərsiniz. Belə dəst ilə, o artıq salonlarda gününün yarısını itirməyəcək. Çünki dırnaqlarına peşəkar qayğını özü ev şəraitində göstərə biləcək. 

SEVDİYİNİZ XANIM ÜÇÜN ƏN YAXŞI HƏDİYYƏ SEÇİMLƏRİ

Sevdiyiniz xanımları xoşbəxt etmək üçün çox şey lazım deyil: hər zaman xarici dünya ilə əlaqədə ola bilməsi üçün smartfon, onun gözəlliyini təmin edən saçlarının təravətli olması üçün fen və ağır iş günündən sonra SPA prosedurların olması kifayətdir. Qarşılaşdığınız ən mükəmməl qadına onun mükəmməlliyini daha da vurğulayacaq hədiyyələr bağışlayın.

Onu bu bayramda sevindirmək üçün iPhone-un ən son modelinin ən mükəmməl versiyasını – iPhone 12 Pro Max modelini hədiyyə edin. Araşdırmalara əsasən, gənc xanımların ən arzuladığı hədiyyələr siyahısında Apple məhsulları ilk pillələrdədir. Qiyməti sizi qorxutmasın, Apple-ın Azərbaycandakı rəsmi satış mərkəzi olan Kontakt Home-da hazırda Apple məhsullarına xüsusi endirim var. Üstəlik “Birkart”la endirimli qiyməti 12 ayadək faizsiz hissələrə bölmək mümkündür. “Birkart”ınız yoxdursa, Kontakt Home mağazalarınakı “Birkart” BOKT şöbələrinə yaxınlaşıb, elə oradaca rəsmiləşdirə bilərsiniz.

Hər səhər saçlarına xüsusi qayğı göstərməyi sevən xanımlar üçün bu bayram çox sevilən Dyson brendinin saç fenini təklif edirik. Bu hədiyyə ilə siz uduzmayacaqsınız, əksinə onun sevgisini daha da qazanacaqsınız. Çünki Dyson feni ilə siz onun şəxsi salonunu evə gətirmiş olacaqsınız. Bu fenin müxtəlif başlıqları ilə o saçlarını zədələmədən qurulaya və istədiyi formaya sala biləcək, həm də gözəl saçlarını zədələmədən. Dyson məhsullarını da taksit kartları ilə 18 ayadək faizsiz hissələrə bölə bilərsiniz.

Salonu evə gətirmişkən, bəlkə SPA prosedurlarını da gətirəsiniz? Çünki sevdiyiniz xanım şəxsi bədən masajoru ilə çətin iş gününün gərginliyini ata biləcək. Beləliklə, hər yeni səhərə yorğun deyil, gümrah və enerjili başlayacaq.

QIZ ÖVLADI ÜÇÜN ƏN YAXŞI HƏDİYYƏ SEÇİMLƏRİ

Dünyaya gəlişi ilə sizə valideyn olmağın xoşbəxtliyini yaşadan qız övladlarının da bayramını təbrik etməyi unutmayın. Hədiyyə olaraq isə sadə oyuncaq deyil, övladınızın xəyal gücünü inkişaf elətdirə biləcək əşyalar alın.
Məsələn, kiçik yaşlardan rəsm çəkmək uşağın həm xəyal gücünü, həm də zehnini formalaşdırır. Üstəlik, psixoloqlar deyir ki, uşağınızın çəkdiyi rəsmlər ilə siz onun kim olduğunu anlaya biləcəksiniz, çünki uşaqlar düşündüklərini dilə gətirmək əvəzinə, rəsmdə təsvir edir. Hədiyyə olaraq sizə rəsm planşeti təklif edə bilərik. Əgər övladınızın belə planşeti olarsa, o artıq üst-başını flomasterlə rəngləyə bilməyəcək. Planşetin xüsusi qələmi yalnız qurğunun üzərində yaza bilir.

Hər zaman yenilikləri kəşf etməyi sevən məktəbli uşaqlara isə fotoaparat hədiyyə edə bilərsiniz. Yalnız uşaqlar üçün alacağınız fotoaparat sadəcə funksionallığı ilə deyil həm də dizaynı ilə seçilməlidir. Buna görə, əminliklə deyə bilərik ki, İnstax mini 11 fotoaparatı uşağınızın diqqətindən kənar qalmayacaq. Rəngli korpusuna və anında çap etmə funksiyasına görə, bu cihaz uşağınızın çantasından əskik olmayacaq. Çünki indi o, kəşf etdiyi dünyanın rəngarəngliyini anında çəkib, print edə biləcək. 

Bu seçimlərə rəğmən, hələ də ona uyğun hədiyyəni tapa bilməmisinizsə, dəyərli xanımınıza Kontakt Home-un 50 AZN-dan başlayan hədiyyə kartlarını bağışlayın. Siz hədiyyə edin, o, özü seçib alsın.

Bu və digər hədiyyə seçimləri ilə sevindirən şəbəkəmiz Kontakt Home-da tanış ola bilərsiniz. Sizə ən yaxın Kontakt Home mağazasının ünvanı ilə buradan tanış olun. Hədiyyənizi onlayn sifariş vermək üçün kontakt.az-a daxil olun. Sifarişiniz hər zamankı kimi pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılır. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz.