Qaydaları pozan Şəbnəm: "Məndən çox cərimə ödəyən yoxdur"

Qaydaları pozan Şəbnəm: "Məndən çox cərimə ödəyən yoxdur"
1420 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Şəbnəm Tovuzlu yol hərəkət qaydalarını tez-tez pozduğunu etiraf edib.

Axşam.az xəbər verir ki, bu haqda "Həmin Zaur" proqramında danışılıb. Aparıcı Zaur Kamal "Sonuncu dəfə 3 bal yazılıb və 60 manat cərimə" sözlərinə Şəbnəm belə cavab verib:

"Bir neçə gün əvvəl efirə tələsirdim, tıxac idi. Bilmədən polisin önündən dönməyə çalışdım. Saxladılar, cərimə yazdılar. Heç vaxt tanınmağımdan istifadə etmirəm. Nə vaxt yol polisi saxlayır, qayda pozuramsa, deyirəm yazın. Məndən çox radarlara pul ödəyən yoxdur".