Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
359 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 68 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 322 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 7 873 nəfər sağalıb, ağır xəstə sayı isə 1 220 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 746 158 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 601 137 nəfər sağalıb, 28 839 nəfər isə ölüb.