Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində sənət adamlarının işsiz və gəlirsiz qalmasından söz açıb. O bildirib ki, ən çox əziyyəti musiqiçilər çəkir:
"Çoxları ailəlidir, evinə çörək aparmalıdır. Müğənnilər isə oxumağı unutmuşuq".
Roza telekanalların sənət adamlarına qarşı diqqətsiz olduğunu deyib:
"Gənclərə yer vermirlər. Özüm "Bakı vaxtı ilə" adlı proqram aparıram. Novruz bayramı üçün çəkiliş edirdim. 5 sözünü demiş ifaçı çağırdım, qalan gənclərə üstünlük verdim. Cavanlara yol verilməlidir, onlar çoxlarından istedadlıdırlar".