Ən çox bu ölkələrin diplomlarının tanınması üçün müraciət edilib - Siyahı

Ən çox bu ölkələrin diplomlarının tanınması üçün müraciət edilib - Siyahı
1317 dəfə oxunub
  • A-
  • A
  • A+

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı ərzində ölkələr üzrə diplomların tanınması ilə bağlı müraciətləri açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 74, Ukraynadan 71, Türkiyədən 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarusdan 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.