Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
412 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 62 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 7 711 nəfər sağalıb, ağır xəstə sayı isə 1 232 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 608 848 nəfər sağalıb, 28 901 nəfər isə ölüb.