İctimai nəqliyyat martın 9-dək işləməyəcək

İctimai nəqliyyat martın 9-dək işləməyəcək
457 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Axşam.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.