Bülənt Ərsoyun kürk qalmaqalına Nebahat Çehrə də qoşuldu

Bülənt Ərsoyun kürk qalmaqalına Nebahat Çehrə də qoşuldu
1887 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülənt Ərsoyun gündəmdən düşməyən kürk qalmaqalına bu dəfə aktrisa Nebahat Çehre qatılıb.

Axşam.az xəbər verir ki, Çehre İstanbulun Nişantaşı səmtində obyektivlərə tuş gəlib. 75 yaşlı sənətçinin üzərindəki kürk diqqət çəkib.

Nebahat "Üzərinizdəki kürk gerçəkdir" sualına "Bilmirəm, düşünürəm ki, kəsib əti yeyilən heyvan dərilərindən hazırlanıb. Kürklərimi satıb, xeyriyyəçilik işlərinə xərcləyəcəm" cavabını verib.

Büləntlə bağlı suala isə aktrisa "Bülənt Ərsoyun öz düşüncəsidir. Onun üstünə bu qədər çox getmək düz deyil" cavabını verib.